Salyanda qətl hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, qətl hadisəsi Salyan rayonun Yenikənd kəndində baş verib.
Ailə münaqişə zəminində Yenikənd kənd sakini, 1972-ci il təvəllüdlü İsbəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsbəndərova Nuranə Eminəli qızını bıçaqlayaraq qətlə yetirib.
Ənvər İsbəndərov saxlanılıb. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.