Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 335874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330123 nəfər müalicə olunaraq sağalıb, 4970 nəfər vəfat edib, aktiv xəstə sayı 781 nəfərdir.
Ölkədə son sutka ərzində 4482 hazırkı dövrədək isə 3733194 test aparılıb.