Modern.az

Azərbaycanda falabaxan qadın TUTULDU

Azərbaycanda falabaxan qadın TUTULDU

Hadisə

29 İyun 2021, 11:34

Qusar rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ora daxil olduğunu və 11800 manat pulunu oğurladığını bildirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, bununla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu məsimsəyən qadının Yevlax rayon sakini Aygün Məmmədova olduğu və  həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkət etdiyi müəyyən edilib.


Həmin şəxslər polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı isə avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.


Saxlanılan şəxslər barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi aşılıb, araşdırmalar aparılır.


 Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Qusar Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər