Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 336047 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330219 nəfər müalicə olunaraq sağalıb, 4974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.
Ölkədə son sutka ərzində 8871, hazırkı dövrədək isə 3749303 test aparılıb.