Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 336122 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330275 nəfər müalicə olunaraq sağalıb, 4975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.
Ölkədə son sutka ərzində 8828, hazırkı dövrədək isə 37588231 test aparılıb.