Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 336318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330380 nəfər müalicə olunaraq sağalıb, 4977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.
Ölkədə son sutka ərzində 10428 hazırkı dövrədək isə 3778410test aparılıb.