Modern.az

Bakıda 17 yaşlı qız 6-cı mərtəbədən yıxıldı

Bakıda 17 yaşlı qız 6-cı mərtəbədən yıxıldı

Hadisə

4 İyul 2021, 15:00

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı binada baş verib.

 

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

 

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər