Modern.az

FHN Xəzərdə partlayış baş verən yerdən VİDEO yaydı 

FHN Xəzərdə partlayış baş verən yerdən VİDEO yaydı 

Hadisə

5 İyul 2021, 10:00

Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Xəzər dənizində baş vermiş partlayışla əlaqədar müvafiq araşdırma işlərinə başlayıb.


Nazirlikdən Modern.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.


"Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur",- Nazirlik bildirib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər