Modern.az

Azərbaycanda məscidləri yandıran qardaşlar saxlanıldı

Azərbaycanda məscidləri yandıran qardaşlar saxlanıldı

Hadisə

6 İyul 2021, 13:46

“Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Qaratoğay məscidlərini yandıran şəxslər müəyyən edilərək saxlanılıb”.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Modern.az-a bildirib ki, hər iki şəxs törətdiyi əməli etiraf edib:


“İyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid əşyalarla birlikdə yandırılıb.

Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən məscidi yandıran şəxs və şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırma nəticəsində cinayəti törədənlərin elə həmin kəndin sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşları olduğu müəyyən edilib. Onlar saxlanılıb.

 

DİN rəsmisi bildirib ki, hadisə günü şübhə doğurmamaq üçün gecə saatlarında qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıb:

“Hər iki şəxs barədə qanunvericilklə nəzərdə tutulmuş tədbirlər görüləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər