Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Qeyd edək ki, Rahib Mirzəyev 4-cü Polis Şöbəsinin rəisi vəzifəsinə 2019-cu ilin iyununda təyin edilmişdi.
O, təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Sahib Mirzəyev əvvəllər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsini tutub.