Modern.az

Polis rəisinin intiharı ilə bağlı CİNAYƏT İŞİ açıldı

Polis rəisinin intiharı ilə bağlı CİNAYƏT İŞİ açıldı

10 İyul 2021, 12:30

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

 

Hazırda iş üzrə istintaq davam edir.

 

Qeyd edək ki, Rahib Mirzəyev 4-cü Polis Şöbəsinin rəisi vəzifəsinə 2019-cu ilin iyununda təyin edilmişdi.

 

O, təqaüddə olan polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Sahib Mirzəyev əvvəllər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsini tutub

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər