Modern.az

Füzulidə kasetli bombaya toxunan sürücü YARALANDI

Füzulidə kasetli bombaya toxunan sürücü YARALANDI

12 İyul 2021, 12:06

İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Füzuli rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər