Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 338183 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331200 nəfər müalicə olunaraq sağalıb, 4991 nəfər vəfat edib, aktiv xəstə sayı 1992 nəfərdir.
Ölkədə son sutka ərzində 10817, hazırkı dövrədək isə 3905500 test aparılıb.