Modern.az

Oğuzda biçilmiş taxıl sahələri yanır

Oğuzda biçilmiş taxıl sahələri yanır

18 İyul 2021, 16:05

Oğuzda biçilmiş taxıl sahələrində yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kənd inzibati ərazisinin biçilmiş taxıl sahələrində qeydə alınıb.

 

Belə ki, ərazidə təqribən 10 hektara yaxın biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Əraziyə Oğuz Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

 

Hazırda yanğın davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər