Modern.az

Oğuzda piyadanı maşın vurdu

Oğuzda piyadanı maşın vurdu

Hadisə

18 İyul 2021, 17:15

Oğuz rayonunda 47 yaşlı piyadanı maşın vurub.


Modern.az məlumatına görə, hadisə rayonun Bayan kəndi ərazisində baş verib. Pərvin İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə rayonun Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədhənifə oğlu Cabbarovu vurub.

 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Cabbarov ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!