Modern.az

FHN: Ötən gün 56 yanğın olub

FHN: Ötən gün 56 yanğın olub

Hadisə

31 İyul 2021, 13:07

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 56 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 1 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yanğınlar görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

 

Sutka ərzində Sabunçu rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər