Modern.az

Sabirabadda birmərtəbəli ev alovlandı

Sabirabadda birmərtəbəli ev alovlandı

1 Avqust 2021, 08:59

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər