Modern.az

14 minlik oğurluq edən şəxs ələ keçdi

14 minlik oğurluq edən şəxs ələ keçdi

5 Avqust 2021, 19:52

Sabunçu rayonunda evlərin birindən 6 min manat məbləğində pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusu oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Həmçinin oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər