Modern.az

Prokurorluq minaya düşən şəxslə bağlı MƏLUMAT YAYDI

Prokurorluq minaya düşən şəxslə bağlı MƏLUMAT YAYDI

Hadisə

6 Avqust 2021, 09:58

6 avqust 2021-ci ildə saat 9 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu barədə Modern.az-a Ağdam rayon prokurorluğundan məlumat verilib.

 

Qeyd edilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər