Modern.az

ANAMA-dan minaya düşən əməkdaşı ilə bağlı AÇIQLAMA

ANAMA-dan minaya düşən əməkdaşı ilə bağlı AÇIQLAMA

Hadisə

6 Avqust 2021, 10:36

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2021-ci il 6 avqust tarixində Agentliyin əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

 

“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Modern.az-a verilən məlumata görə, nəticədə, Əliyev Fərid Əlimusa oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb. Hazırda tibbi müayindən keçirilir.

 

İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər