Modern.az

Vilayət Eyvazov vəfat edən polisin vida mərasimində - FOTO

Vilayət Eyvazov vəfat edən polisin vida mərasimində - FOTO

Hadisə

6 Avqust 2021, 17:17

İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib.

 

Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

 

"Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!", - məlumatda bildirilib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər