Modern.az

Ağsuda dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO

Ağsuda dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO

9 Avqust 2021, 10:08

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.

 

Ümumilikdə 300 hektar ərazidə baş vermis yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər