Modern.az

Bakıda narkotik satan şəxs tutuldu - VİDEO

Bakıda narkotik satan şəxs tutuldu - VİDEO

9 Avqust 2021, 12:08

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha 1 nəfər tutulub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yaşar İsmayılov saxlanılıb. Onun üzərindən 12 ədəd kibrit qutusunda satış üçün qablaşdırdığı narkotik vasitə olan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Yaşar İsmayılov aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını Balaxanı qəsəbəsində satışını həyata keçirdiyini bildirib.

 

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

 

Yaşar İsmayılov tutularaq istintaqa cəlb olunub. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər