Qara dənizdə azərbaycanlı dənizçi itkin düşüb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Odessa şəhərindən İspaniyaya gedən “ONET Z” gəmisinin göyərtəsində olan 23 yaxşlı azərbaycanlı itkin düşüb.
Adl açıqlanmayan gəncin axtarışına Bolqarıstan Hərbi-Dəniz Qüvvələri də cəlb olunub.
“Biz Varna şəhərinin 80 mil uzaqlığında xəbərdarlıq siqnalı aldıq. Əraziyə baxış üçün helikopter göndərilsə də, dənizçini tapmaq mümkün olmayıb. Əməliyyat Türkiyənin ərazi sularında davam etdirilir”-deyə Bolqarıstan donanmasının kontr-admiralı Kiril Mixaylov söyləyib.