Modern.az

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

3 Noyabr 2021, 13:32

Koronavirusa yolxduqdan sonra xeyli müddətdir ev şəraitində müalicə alan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının vəziyyəti yaxşılaşmayıb.

Bu barədə Modern.az-a QAT-dan məlumat verilib.

Bildirilib ki, ev şəraitindəki müalicəsi istənilən nəticə vermədiyindən Akif Nağı bu gün “Yeni klinika”ya yerləşdirilib.

O da qeyd edilib ki, QAT sədrinin özü ilə bərabər, COVID-19-a yoluxmuş həyat yoldaşı Vəsilə xanım da “Yeni klinika”da müalicə almağa məcbur olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər