Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Cəbrayıl rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.
Araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.