Modern.az

Hərbçimiz Türkiyədə həlak oldu - FOTO

Hərbçimiz Türkiyədə həlak oldu - FOTO

9 Noyabr 2021, 15:00

Azərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu - kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

 

Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

"Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

 

Allah rəhmət eləsin!", - Müdafiə Nazirliyindən bildirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu