Modern.az

Sağalanlar yoluxanları üstələdi - 22 nəfər öldü

Sağalanlar yoluxanları üstələdi - 22 nəfər öldü

10 Noyabr 2021, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1876 yeni yoluxma faktı qeydə alınıb, 2248 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 552322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513648 nəfər müalicə olunaraq sağalıb, 7342 nəfər vəfat edib, aktiv xəstə sayı 31332 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, ötən müddət ərzində isə ümumilikdə 5309867 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər