Modern.az

Ankarada partlayış - Ölən və yaralananlar var

Ankarada partlayış - Ölən və yaralananlar var

19 Noyabr 2021, 07:50

Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

 

Məlumata əsasən, partlayışa səbəb qaz sızması olub. Binanın bir hissəsi çöküb.

 

Bildirilir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Digər təfərrüatlar barədə məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər