Modern.az

Lalə Şövkət ilk dəfə Prezidentə MÜRACİƏT ETDİ

Lalə Şövkət ilk dəfə Prezidentə MÜRACİƏT ETDİ

Hadisə

14 Dekabr 2021, 15:49

Sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Prezident İlham Əliyevə müraciət edib. 

Modern.az xəbər verir ki, Lalə Şövkət Prezidentdən Gədəbəyin həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlini azadlığa buraxmağı xahiş edib.


“Cənab Prezident! Mən ilk dəfədir Sizə müraciət edirəm. 39 gün aclığı davam etdirən Saleh Rüstəmli artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması ədalətsizlikdir. Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər”,-deyə müraciətində bildirən Lalə Şövkət dövlət başçısını prosesə müdaxilə etməyə və S.Rüstəmlini ölməyə qoymamağa çağırıb.
 

S.Rüstəmli günahsız həbs olunduğunu bəyan edərək 1 aydan çoxdur aclıq aksiyası keçirir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu