Modern.az

Ələtdə ağır qəza - 9 nəfər yaralandı

Ələtdə ağır qəza - 9 nəfər yaralandı

Hadisə

17 Dekabr 2021, 23:32

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

 

Yaralıların siyahısı belədir:

 

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

 

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

 

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

 

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

 

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

 

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

 

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

 

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

 

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

 

Xəstələrdən 3 nəfəri reanimasiyadadır, 1 nəfər neyrotravma, daha birisi isə travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Qeyd edək ki, “Ford Transit” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər