Modern.az

Elmar Məmmədyarovun oğluna məhkəmə davası AÇILDI

Elmar Məmmədyarovun oğluna məhkəmə davası AÇILDI

18 Dekabr 2021, 08:46

Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmməyarova qarşı vergi davası açıb.

Modern.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib və iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır.

Xatırladaq ki, eks-nazir Elmar Məmmədyarovun iki oğlu var: Riyad və Emin Məmmədyarovlar ABŞ-ın Nyu-York Universitetində təhsil alıblar və hazırda ABŞ-da yaşayırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər