Modern.az

Türkiyədə avtobus qəzası: ölənlərin 2-i azərbaycanlıdır

Türkiyədə avtobus qəzası: ölənlərin 2-i azərbaycanlıdır

Hadisə

19 Dekabr 2021, 12:12

Türkiyədə baş verən avtobus qəzasında iki azərbaycanlı həlak olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qars-Ərzurum yolunda qeydə alınıb.

 

Belə ki, Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobus Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində qar yağması səbəbiylə aşıb.

 

Qəza nəticəsində avtobusda olan iki azərbaycanlı - 19 yaşlı Qəmər Niyazova və 60 yaşlı Fazilə İsmayılova və o cümlədən Türkiyə vətəndaşları Emre Özşimşek və Kadir Kurt həlak olub, 25 nəfər isə yaralanıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər