Modern.az

III MDB Oyunları Azərbaycanda keçiriləcək

III MDB Oyunları Azərbaycanda keçiriləcək

Hadisə

20 Dekabr 2021, 23:18

Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.

 

II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minsdə təşkil olunacaq.

 

Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.

 

Qeyd edək ki, I MDB Oyunları Rusiyanın Kazan şəhərində keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU