Modern.az

Təbrizdə yaşayış binası uçdu - 5 nəfər öldü, 15-i yaralandı

Təbrizdə yaşayış binası uçdu - 5 nəfər öldü, 15-i yaralandı

Hadisə

22 Dekabr 2021, 10:20

Təbrizdə qaz partlayışı nəticəsində beşmərtəbəli yaşayış binası uçub.

 

Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

Məlumata görə, faciə nəticəsində 15 nəfər xəsarət alıb, 5 nəfər həyatını itirib. Bir neçə nəfərin dağıntılar altında qaldığını deyilir.

 

İranın Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin başçısı Fərzad Rəhmani əhalini təmkinli və ərazidən uzaq olmağa çağırıb.

 

Qeyd edək ki, xilasedicilər hələ də hadisə yerində işləyirlər. 

 

Xatırladaq ki, Təbriz əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi