Modern.az

DSX hərbçilərinin və mülki işçilərinin maaşı QALDIRILDI

DSX hərbçilərinin və mülki işçilərinin maaşı QALDIRILDI

Hadisə

23 Dekabr 2021, 16:24

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, Fərmana əsasən, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

 

Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

 

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

 

Müəyyən edilib ki, Fərmanda nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən ödənilir.

 

Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

 

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi