Modern.az

Azərbaycan erməni mülki şəxsi Ermənistana verdi

Azərbaycan erməni mülki şəxsi Ermənistana verdi

Hadisə

29 Dekabr 2021, 16:38

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

 

Modern.az xəbər verir ki, məlumatda deyilir:

 

"Bu gün 1 nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

 

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu