Modern.az

Yoluxma kəskin azaldı - 8 nəfər öldü

Yoluxma kəskin azaldı - 8 nəfər öldü

Hadisə

29 Dekabr 2021, 16:43

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib. 9 756 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, bu günə qədər isə ümumilikdə 5 842 565 test icra olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi