2022-ci ilin ilk körpəsi oğlan uşaqlarıdır.
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, uşaqlar Gəncə Perinatal Mərkəzində dünyaya gəlib.
Körpələr əkizdir. Uşaqların anası Bərdə rayon Qarağacı kənd sakinidir. Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.