Modern.az

Baş Prokurorluqdan hərbçimizin minaya düşməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan hərbçimizin minaya düşməsi ilə bağlı AÇIQLAMA

2 Yanvar 2022, 23:22

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

 

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi