Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov məlumat verib.
DİN rəsmisi qeyd edib ki, uşağın tapılması üçün Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib:
"İntensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir".