Modern.az

Füzulidə raket kompleksi aşkarlandı - FOTO

Füzulidə raket kompleksi aşkarlandı - FOTO

Hadisə

10 Yanvar 2022, 09:33

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-ın verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

 

Aşkar edilən 2 pulemyot, 2 “Faqot” və 1 “Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksləri, 4 qumbara, 3 avtomat sandığı, 18 müxtəlif növ mərmi, 317 müxtəlif çaplı patron aidiyyəti üzrə təhvil verilib.

 

Füzulidə ermənilərin atıb qaçdığı raket kompleksi aşkarlanıb (FOTO) - Gallery Image

Füzulidə ermənilərin atıb qaçdığı raket kompleksi aşkarlanıb (FOTO) - Gallery Image

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?