Modern.az

İki uşaq anası əri və qayınanası tərəfindən amansızcasına döyüldü - FOTO

İki uşaq anası əri və qayınanası tərəfindən amansızcasına döyüldü - FOTO

Hadisə

10 Yanvar 2022, 12:25

Ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalan iki uşaq anası sığınacağa yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bunu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

 

Onun sözlərinə görə 15 yaşında ailə qurmağa məcbur edilən qadın həyat yoldaşı və qaynanası tərəfindən dəfələrlə döyülüb:

“Əri oğurluq və s. cinayətlərə görə həbs olunub və 13 il cəza alıb. Əri həbsdən çıxdıqdan sonra anası ilə birlikdə arvadının bütün əşyalarını, qızıllarını əlindən alıb evdən qovublar. Barışmaq adı ilə qızın ata evinə gələrək orada da dəfələrlə döyüblər”.

 

M.Zeynalova bildirib ki, şiddətə məruz qalan qadın polisə müraciət edib. Amma kənd axundları, mollalar, qohumlar ondan şikayəti geri götürməyi xahiş edib:

 

“Qadın məcbur olub ərizəni götürdükdən sonra acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb”.

 

 

Hüquq müdafiəçisi qeyd edib ki, sığınacaq olaraq dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, ciddi tədbir görülmür:

 

“Bu qadın məcbur bir müddət sonra sığınacaqdan çıxmalıdır. Bəs onun başına hər hansı hadisə gəlsə "Əri yoldaşını öldürdü" xəbər başlıqları ilə 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik. Biz indidən SOS siqnalı veririk ki, kifayət qədər sığınacaqda qalan qadınların təhlükəsi hələ də davam edir”.

 

Qeyd edək ki, qadının təhlükəsizliyini qorumaq məqsədi ilə adı, soyadı və hansı rayon ərazisində yaşadığı açıqlanmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?