Modern.az

Qəbələdə ağır qəza, 22 yaşlı polis öldü - FOTO

Qəbələdə ağır qəza, 22 yaşlı polis öldü - FOTO

Hadisə

16 Yanvar 2022, 09:19

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.


Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü, 2020-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.


Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu