Modern.az

73 yaşlı kişi meyiti aşkarlandı

73 yaşlı kişi meyiti aşkarlandı

Hadisə

19 Yanvar 2022, 23:38

Bakıda kişi meyiti aşkarlanıb.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Məlumata əsasən, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Abbasov Fuad İzi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?