Bakıda avtomobil ana və övladlarını vurub.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub.
Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
F.Əliyevin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.