Modern.az

DİN-dən Şəhidin adına göndərilən protokola REAKSİYA

DİN-dən Şəhidin adına göndərilən protokola REAKSİYA

Hadisə

29 Yanvar 2022, 09:56

Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır. 

 

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib:

 

"Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edillib.  

 

Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu