Modern.az

Bakıda Türkiyə bayrağının ipini kəsən şəxsin VİDEOSU

Bakıda Türkiyə bayrağının ipini kəsən şəxsin VİDEOSU

29 Yanvar 2022, 16:48

"Qara Qarayev" metrostansiyanın yaxınlığında əlində bıçaq küçədə gəzən şəxs təhlükəsizlik kameralarına düşüb.

 

Həmin şəxs əlindəki bıçaqla anidən Türkiyə bayrağının ipini kəsərək, ərazidən uzaqlaşıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, görüntülərdən məlumatlıdırlar, hazırda araşdırma aparılır.
 

Xatırladaq ki, sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsi barədə video yayılıb.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu