Ötən gün Hövsan qəbəsində 32 yaşlı Elşən Hadızadənin öldürülməsi ilə bağlı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Suraxanı rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, E.Hadızadə yaşadığı evdə kəsilmiş-deşilmiş yaralar almış şəkildə tapılıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Rəsmi məlumata görə, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.
Məlumata görə, Hadızadə ailəsinin iki azyaşlı övladı var.