Modern.az

Ucarda qaz xəttində güclü YANĞIN

Ucarda qaz xəttində güclü YANĞIN

4 Fevral 2022, 22:59

Ucarda qaz xəttində baş verən sızma güclü yanğına səbəb olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

 

Eyni yerdə yerləşən 4 ana xətdə - 315 mm-lik, 160 mm-lik, 110 mm-lik və 225 mm-lik qaz xəttində baş verən yanğın zamanı alovun hündürlüyü 7-8 metrə çatıb.

 

Yanğın güclü olduğundan həmin xətdə qaz təchizatı müvəqqəti dayandırılıb. Bu səbəbdən rayonun Alpout, Qazıqumlaq, Ramal, Qaradağlı, Çini, Məlikballı, Alıkənd və rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın söndürülüb. Ölən və xəsarət alan olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu